Gəncədə mərkəzlərin birində tədbir təşkil olunacaq. Bu haqda Gencexeber.az-a 21 dekabr tarixində məlumat daxil olub.
Gənclər Evində "Android proqram tərtibatçılarına dəstək" adlı görüş keçiriləcək. Burada gənclər hazırladıqları proqramları təqdim edəcəklər. Tədbir 3 yanvar tarixində 15:00-da baş tutacaq.
Görüşün sonunda seçilən proqramlar ödənişsiz şəkildə “Play Store”da yayımlanacaq. Burada iştirak etmək istəyənlər linkə daxil olaraq qeydiyyatdan keçməlidirlər.