Gəncədə ustad dərsi baş tutacaq. Bu haqda 30 yanvar tarixində Gənclər Evinə istinadən xəbər veririk.
2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən “Gənclər həftəsi” çərçivəsində Gənclər üçün Tikiş və toxuculuq kursunun rəhbəri Xatirə Məmmədova tərəfindən təlim keçiriləcək. Ustad dərsi “Milli incəsənətə Müasir baxış” mövzusunda təşkil olunacaq.
Təlim 30 yanvar tarixində saat 11:00-da Gənclər Evində keçiriləcək.