Gəncədə tələbələr üçün yarmarka keçirilir. Bu haqda Regional Turizm İdarəsinə istinadən xəbər veririk.
“Gənc turizmçilərin şəbəkələşmə və əmək yarmarkası” təşkil olunub. Tədbir 25 dekabr tarixində saat 09:00-dan 15:00-a qədər Heydər Əliyev Mərkəzində davam edir.
Yarmarkanın məqsədi turizm sənaye üzvləri ilə gənc tələbələr arasında əlaqələrin inkişafı, şəbəkələşmə, yeni iş imkanlarının və yeni kadr potensialının aşkarlanmasıdır.