Gəncədə bayram günü tədbirlər keçiriləcək. Bu haqda 16 mart tarixində “Gəncə Qalası” ticarət mərkəzinə istinadən məlumat veririk.
“Gəncə Qalası” ticarət mərkəzində Novruzla əlaqədar olaraq 18, 19 və 20 mart tarixlərində xüsusi proqram olacaq. Belə ki, həmin günlərdə DJ şousu, Kosa və Keçəl, yumurta döyüşü, feysart, davul və zurna şousu, əyləncəli oyunlar, kloun, hədiyyələr və fotozona təşkil ediləcək.
Tədbirlər gün ərzində saat 15:00-dan 18:00-dək baş tutacaq. Burada iştirak ödənişsizdir.
Qeyd edək ki, ticarət mərkəzi Şeyx Bahəddin, 22 ünvanında yerləşir.