Gəncədə müəllimlər üçün tədbir keçirilib. Bu haqda 8 aprel tarixində Gənc Müəllimlər Assosiasiyasına istinadən məlumat veririk.
“Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində” gənc müəllimlərin yaşıl dünya konfransı 29 nömrəli tam orta məktəbdə təşkil olunub. Burada şəhər Təhsil Sektorunun müdiri Nərgiz Həsənova iştirakçılarla tədbir haqqında öz fikirlərini bölüşüb. Daha sonra AGMA-nın sədri Səkinə Həsənova bu cür konfransların əhəmiyyətindən söz açıb və daha bir neçə regionda da keçirilməsinin planlandığını vurğulayıb.
Qeyd edək ki, konfrans Elm və Təhsil Nazirliyinin,Gənclər Fondunun və Gənc Könüllülər İctimai Birliyinin tərəfdaşlığı ilə baş tutub.