Gəncədə fləşmob baş tutub. Bu haqda 7 noyabr tarixində Azərtac-a istinadən məlumat veririk.
Zəfər Gününə həsr olunan fləşmob “Gəncə Mall”da keçirilib. Tədbir Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Gənclər Evi və Yeni Azərbaycan Partiyasının Gəncə Şəhər Təşkilatının təşkilatçılığı ilə Nizami yurdunda fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə baş tutub.
Burada şəhid ailələri və 200 gənc iştirak edib. Fləşmobda Dövlət Himni və vətənpərvər ruhda musiqilər səsləndirilib.
Tədbirin keçirilməsində məqsəd ölkəmizin ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin, həmçinin Milli qəhrəmanların gənclər arasında tanıdılması, vətənpərvərlik hisslərinin yüksək səviyyədə aşılanmasıdır.