Gəncədə universitetlərdən birində təlim baş tutub. Bu haqda 16 aprel tarixində GDU-ya istinadən məlumat veririk.
"Müasir resurlar” adlı tədbir Gənc Kimya Müəllimləri Birliyi tərəfindən Gəncə Dövlət Universitetində keçirilib. Burada universitetin elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə, Kimya-biologiya fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Təlimdə Gənc Müəllimlər Assosiasiyası və onun tərkibində yaradılmış Gənc Kimya Müəllimləri Birliyinin fəaliyyətindən söhbət açılıb, virtual laboratoriya, veb alətlər, elektron vasitələrin istifadə qaydaları barədə məlumat verilib.
Sonda iştirakçıların sualları ətraflı cavablandırılıb.