Gəncədə uşaqlar üçün tamaşa oynanılıb. Bu haqda 8 mart tarixində Kəpəz televiziyasına istinadən xəbər veririk.
Gəncə Dövlət Kukla Teatrında kiçik tamaşaçılar üçün yeni tamaşa təqdim olunub. Söhbət “Balqabağın Ay yuxusu” tamaşasından gedir. İlk dəfə olaraq görüntü illüziyasından istifadə edilərək, tamaşada müxtəlif işıqlarla daha fərqli səhnəciklər yaradılıb. Adıçəkilən tamaşanın ictimai baxışı azyaşlı izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Teatrın baş rejissoru Şamil Məmmədlinin sözlərinə görə, tamaşanın müəllifi Aləmzar Əlizadədir. O, həmçinin əlavə edib ki, səhnə işinin məşqləri 3 aydır davam edir.