Gəncədə gənclərin inkişafı üçün silsilə tədbirlər keçirilir. Bu haqda 11 mart tarixində Gəncəxəbər.az xəbər verir.
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutan tədbir Heydər Əliyevin anadan olunmasının 100 illiyinə həsr olunub. 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbində təşkil olunmuş növbəti yarış şahmat idman növü üzrə olub. Universitetlərin, kolleclərin, peşə məktəblərinin və peşə liseylərinin tələbələri arasında keçirilmiş yarışda ümumilikdə 65 nəfər tələbə iştirak edib.
Qeyd edək ki, “Tələbə sağlamlıq spartakiadası” 7 idman növü üzrə (voleybol, şahmat, dama, stolüstü tennis, basketbol, futbol, atletika) olmaqla may ayına kimi davam edəcək.