Gəncədə qəza baş verib. Bu haqda məlumatı Gencexeber.az bu gün, 21 mart tarixində Apa.az-a istinadən verir.
Hadisə Şota Rustaveli küçəsində qeydə alınıb. "Mercedes" markalı avtomobil 22 saylı orta məktəbin qarşısında olan mağazaya çarpılıb.
Hadisə nəticəsində minik avtomobilində olan sürücü xəsarət alıb.
Qəzada avtomobil və mağazaya ciddi zərər dəyib.
Faktla bağlı araşdırma aparılır.