Gənclər arasında keçirilən şahmat turnirinin növbəti qarşıdurmaları baş tutub. Bu haqda 17 mart tarixində Gəncə Şəhər Gənclər və İdman İdarəsinə istinadən xəbər veririk.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə şəhərimizdə fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında keçirilən “Tələbə sağlamlıq spartakiadası”nın müvafiq mərhələsi üzrə idman yarışı növbəti həftədə Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi Publik Hüquqi Şəxsdə təşkil olunub. Şahmat idman növü üzrə universitetlər, kolleclər, peşə məktəbləri və peşə liseyləri arasında keçirilmiş yarışda 65 nəfər tələbə iştirak edib.