Gəncənin növbəti küçəsinə işıqlandırma sistemi çəkilir. Bu haqda Gencexeber.az-a 5 mart tarixində məlumat daxil olub.
İşlər Cavadxan qəsəbəsinin Fərhad Yusifov küçəsində aparılır. Adıçəkilən əraziyə aidiyyəti qurumun texnikası və canlı qüvvəsi cəlb olunub. Ərazidə işıqlandırma işləri görülür.
Yolun kənar hissələrinə elektrik naqilləri salınıb. Hazırda küçə boyunca işıq dirəkləri quraşdırılır.