Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 11 aprel tarixində məlumat daxil olub.
Hadisə şəhərin Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində qeydə alınıb. “VAZ 2106” markalı maşın qarşısında hərəkət edən “BMW”yə çarpılıb. Nəticədə xəsarət alan olmayıb.
Avtomobillərə ciddi ziyan dəydiyi bildirilir. Əraziyə polis əməkdaşları cəlb ediliblər.
Şahidlərin sözlərinə görə, hadisəyə səbəb “VAZ 2106” markalı avtomobilin əyləc sistemində yaranan problem olub.
[modula id="57832"]