Gəncədə müsabiqə təşkil olunacaq. Bu haqda 11 mart tarixində ATU-ya istinadən xəbər veririk.
Novruz bayramı çərçivəsində “Ən yaxşı səməni” müsabiqəsi keçiriləcək. Yarış Azərbaycan Texnologiya Universiteti Tələbə Gənclər Təşkilatının və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Müxtəlif dizaynlarda yetişdirilən səmənilər universitetin həyətində 19 mart tarixində baş tutacaq Novruz şənliyində sərgilənəcək. Müsabiqədə qaliblər mükafatlandırılacaqlar.
Qeyd edək ki, son müraciət 17 mart tarixinə qədərdir.