Gəncə sakinləri nazirlə görüşüblər. Bu haqda 19 aprel tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.
Elm və Təhsil naziri Emin Əmrullayev Samuxa səfər edib. Burada o, Gəncə şəhəri və digər ətraf rayonlardan olan sakinlərlə görüşüb. Vətəndaşların müraciətləri arasında müəllimlərin işə qəbulu və həmçinin digər məsələlər yer alıb.
Nazir tədbir iştirakçılarını dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.