Gəncədə tələbələrlə görüş təşkil olunacaq. Bu haqda 3 aprel tarixində ADAU-ya istinadən məlumat veririk.
"Vətənpərvərlik, narkomaniyaya yox deyək!, cəmiyyətdə əxlaq normaları, müasir gənclərin həyat tərzləri" adlı tədbir Azərbaycan Dövlət Aqrar Universitetində keçiriləcək. Burada qonaq Prezident mükafatçısı, Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin əlbəyaxa döyüş üzrə baş məşqçi-müəllimi, Fəxri bədən tərbiyəsi və idman işçisi, Əməkdar məşqçi Rəsul Məmmədov olacaq.
Görüş 6 aprel tarixində saat 11:00-da universitetin yeni tədris binasında baş tutacaq. Qatılmaq istəyən tələbələr dekanlığa yaxınlaşaraq müraciət edə bilərlər.