Gəncədə kommunal qəza olub. Bu haqda Gencexeber.az-a 30 yanvar tarixində məlumat daxil olub.
Sözügedən hal Elman Araslı küçəsində müşahidə olunur. Adıçəkilən ərazidə binaların arxasındakı kanalizasiya quyuları tıxanıb və daşıb. Bu səbəbdən küçə boyunca çirkab axır.
Həmin küçədə asfalt örtüyü olmadığından yolda gölməçələr əmələ gəlib. Nəticədə avtomobillərin və piyadaların hərəkətində çətinlik yaranıb.