Gəncədə küçələrin birində kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 9 mart tarixində məlumat daxil olub.
Hadisə Əli Nəzmi küçəsində qeydə alınıb. Adıçəkilən ərazidə sakinləri su ilə təchiz edən yeraltı xətt partlayıb. Sakinlərin sözlərinə görə, sözügedən çətinlik 10 gün davam edib.
2 gün öncə isə qəza yerinə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin texnikası və canlı qüvvəsi cəlb olunaraq təmir işləri aparılıb.
Lakin həmin yolda piyada və avtomobillərin hərəkəti məhdud olaraq qalır.