Gəncədə kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 5 fevral tarixində məlumat daxil olub.
Sözügedən hal Ələkbər Seyfi küçəsində qeydə alınıb. Adıçəkilən ərazidə yolun hərəkət hissəsindən keçən su xətti partlayıb. Nəticədə küçə boyunca axan su gölməçələr yaradıb. Axıntı Həmidə Məmmədquluzadə küçəsinə qədər davam edir.
Bu səbəbdən nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb. Sakinlərin sözlərinə görə, bu hal artıq 10-15 gündür yaşanır.
[modula id="54350"]