Gəncədə qazın olmaması sakinləri narahat edir. Bu haqda Gencexeber.az-a 14 dekabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin Əbü Ula Gəncəvi küçəsindəki 36 nömrəli məktəbin qarşısından gedir. Adıçəkilən ərazidəki binalardan birində 10 mənzildə qaz yoxdur. Sakinlərin sözlərinə görə, bu vəziyyət artıq bir sutkadan çoxdur davam edir.
"104-ə zənq vurduq, dedilər bu işə biz baxmırıq. Başqa nömrə verdilər, o da cavab vermir. Evimizdə körpə uşaq var, soyuqdan donuruq”- deyə onlar bildiriblər.