Gəncədə rəsmilərin iştirakı ilə tədbir keçirilib. Bu haqda 22 noyabr tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
Nizami yurdunda ədliyyə işçilərinin peşə bayramı və Azərbaycanın ədliyyə orqanlarının yaranmasının 105-ci ildönümü qeyd olunub. Bununla əlaqədar olaraq, icra başçısı Niyazi Bayramov, Gəncə Apellyasiya Məhkəməsinin sədri Mirbahəddin Hüseynov, Gəncə regional Ədliyyə şöbəsinin rəisi İlkin Nəcəfov və ədliyyə işçiləri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Niyazi Bayramov ədliyyə işçilərini peşə bayramları münasibətilə təbrik edərək, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində ulu öndərin həyat yolunu, çoxşaxəli fəaliyyətini əks etdirən eksponatlar haqda məlumat alıblar.