Gəncədə məktəblərdə çalışan direktorların və psixoloqaların iştirakı ilə görüş keçirilib. Bu haqda 15 aprel tarixində Regional Təhsil İdarəsinə istinadən xəbər veririk.
Sözügedən toplantının məqsədi ümumtəhsil məktəblərində sosial-emosional mühitin səmərəli təşkili və şagirdlərin şəxsiyyət kimi formalaşmasında psixoloq fəaliyyətini daha da artırmaqdır. Burada çıxış edən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev məktəb psixoloqları ilə birgə məktəblərdə şagird-məktəb-valideyn münasibətlərinin düzgün qurulmasının vacibliyi haqqında danışıb.
Görüşdə daha sonra məktəbdaxili bullinq (qısnama), mobbinq və digər istiqamətlərdə sağlam mühitin qurulması barədə söhbət açılıb. Toplantı qarşılıqlı müzakirə ilə davam edib.