Son günlərdə Gəncədə qəbiristanlıqda çəkilən görüntülər sosial şəbəkələrdə insanlar arasında müzakirələrə səbəb olub. Bu haqda 30 mart tarixində Oxu.az-a istinadən məlumat veririk.
Söhbət məzarlıqlardakı sərdabələrdən gedir. Nizami yurdunda mərhumların sərdabələrdə dəfn edilməsi geniş yayılıb. Bu səbəbdən şəhərimizin qəbiristanlıqlarında yaşı 100-ə çatan məzarlara rast gəlmək mümkündür.
Həmin sərdabələrdə vəfat edən şəxsin cansız bədəni torpağa tapşırılmır. Meyit tikilinin içində saxlanılır.
Bu məsələyə din xadimi Asif Əliyev münasibət bildirib. Onun sözlərinə görə, cənazəni sərdabəyə qəbir olmadan qoymaq islam dininə görə çox böyük günahdır.
“Sərdabənin içində qəbir olmalıdır. Burada niyyət odur ki, insan torpaqdan yaranıb, torpağa da qarışmalıdır. Hər bir müsəlmanın qəbir evi olmalıdır”, - deyə din xadimi əlavə edib.