Gəncədə iki küçədə lüklər baxımsız vəziyyətdədir. Bu haqda Gencexeber.az-a 20 fevral tarixində məlumat daxil olub.
Söhbət Əttarlar və Qəmbər Hüseynli küçələrindən gedir. Adıçəkilən ərazilərdəki lüklərin təmirə ehtiyacı var.
Birinci küçədəki lük qapaqsızdır. Digər küçədə isə lük asfalt örtüyündən aşağı səviyyədə yerləşir. Sakinlərin sözlərinə görə, lüklərin cari vəziyyəti piyadalar və avtomobillər üçün təhlükə mənbəyidir.