Gəncədə daha bir yol yararsız haldadır. Bu haqda Gencexeber.az-a 23 yanvar tarixində məlumat daxil olub.
Söhbət Nəriman Nərimanov küçəsinin 6-cı dalanından gedir. Adıçəkilən ərazidə yolun yeni asfalt örtüyünə ehtiyacı var.
Sakinlərin sözlərinə görə, yağış yağandan sonra dalanda palçıq və gölməçələr yaranır. Avtomobillərin və sakinlərin hərəkətində çətinlik əmələ gəlir.