Gəncədə küçələrin birində kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 18 mart tarixində məlumat daxil olub.
Hadisə şəhərin İsrafil Məmmədov küçəsində qeydə alınıb. Adıçəkilən ərazidə iki kanalizasiya quyusu daşır.
Nəticədə çirkab küçə boyunca axır. Sakinlərin sözlərinə görə, suyun axını Ruzigar Qasımov küçəsinə qədər davam edir. Onlar kommunal qəzanın aradan qaldırılmasını istəyirlər.