Gəncədə küçələrə yol infrastrukturunun salınması işləri davam edir. Bu haqda Gencexeber.az-a 26 sentyabr tarixində məlumat daxil olub.
Sözügedən işlər hazırda şəhərin Cəfər Cabbarlı küçəsində aparılır. Ərazidə aidiyyəti qurumun texnika və canlı qüvvəsi çalışır. Burada avtomobil yoluna asfalt örtüyü çəkilir.
Qeyd edək ki, analoji işlər şəhərin bir sıra küçələrində həyata keçirilir.