Gəncədə kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 1 dekabr tarixində məlumat daxil olub.
Bu hal şəhərin Təbriz, Mirzə Abbas Abbaszadə, Qara Qarayev və Ozan küçələrinin kəsişməsində müşahidə edilir. Adıçəkilən ərazidə sakinləri su ilə təchiz edən yeraltı xətt partlayıb.
Nəticədə su küçə boyunca axır. Yolda gölməçələr yaranır, bu da avtomobillərin hərəkətini qismən məhdudlaşdırır.