Gəncədə üç günlük proqram baş tutacaq. Bu haqda 12 mart tarixində iticket.az-a istinadən məlumat veririk.
“Bu şəhərdə”nin yaradıcı triosu şəhərimizə səfər edəcək. Onlar “Kəm Ər” adlı konsert proqramı ilə şəhərimizin sakinlərini və qonaqlarını sevindirəcəklər.
Tədbir Gəncə Dövlət Filarmoniyasında təşkil olunacaq. Konsert 3 gün: 12, 13 və 14 aprel tarixlərində saat 19:00-da keçiriləcək.
Biletlər iticket.az saytında və Filarmoniyanın kassasında satışda olacaq. Qiymətlər 10-50 manat aralığında dəyişir.