Gəncədə küçələrdən birində lüklərlə bağlı çətinlik aradan qaldırılıb. Bu haqda Gencexeber.az-a 1 sentyabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin Təbriz küçəsindən gedir. Burada bir müddət öncə asfalt örtüyü salındıqdan sonra lüklər yol səviyyəsindən aşağıda qalmışdı. Əraziyə canlı qüvvə cəlb olunaraq quyular yol səthi ilə bərabərləşdirilib.
İşlər bitdikdən sonra lüklərin ətrafına xəbərdarlıq üçün xüsusi nişanlar qoyulub və lent çəkilib.