top
Bu gün dörd şəhidimizin mövlududur
08 mart 2023, 18:06
- +

Bu gün dörd şəhidimizin mövlududur

Bu gün şəhidlər Elşən Tağıyev, Sahib Heydərov, İbrahim Mehdiyev və Vüqar Əliyevin doğum günüdür.

Elşən Sadiq Oğlu Tağıyev 8 mart 1975-ci ildə Gəncədə anadan olub. Orta təhsilini 7 nömrəli məktəbdə aldıqdan sonra 1991-ci ildə 9 saylı texniki-peşə məktəbinə daxil olub.

15 aprel 1993-cü ildə Elşən həqiqi hərbi xidmətə çağırılıb. O, Ağdərə və Ağdam bölgələrində, həmçinin Tovuz rayonunun Əlibəyli kəndinin müdafiəsində iştirak edib. Elşən Sadiq oğlu Tağıyev 4 mart 1995-ci ildə ağır döyüşlərin birində şəhidlik zirvəsinə ucalıb. Onun meyitini tapmaq mümkün olmayıb.

Sahib Zülal oğlu Heydərov 8 mart 1972-ci ildə Qazaxıstanın Karaqanda vilayətinin Saxan qəsəbəsində anadan olub. 1980-ci ildə Sahibin ailəsi Gəncəyə köçüb. O, orta təhsilini 19 nömrəli məktəbdə alıb. Daha sonra, 1987-ci ildə Gəncə şəhər Maşınqayırma Texnikumuna daxil olub.

1992-ci ildə Sahib könüllü olaraq cəbhəyə yollanıb. Burada bir çox döyüşlərdə igidlik göstərib. Sahib Zülal oğlu Heydərov 22 dekabr 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərin birində şəhid olub. O, Gəncə Şəhidlər xiyabanında dəfn olunub.

İbrahim Qərib oğlu Mehdiyev 8 mart 1960-cı ildə Gəncədə anadan olub. O, 4 nömrəli orta məktəbdə oxuyub. 20 avqust 1992-ci ildə həqiqi hərbi xidmətə yollanıb.

25 oktyabr 1992-ci ildə “URAL” markalı maşınla döyüşçülərə ərzaq apararkən Sərsəng Su Anbarının yaxınlığında pusquya düşüb. Burada İbrahim Qərib oğlu Mehdiyev şəhidlik zirvəsinə ucalıb. O, Gəncə Şəhidlər xiyabanında dəfn olunub.

Vüqar Yaşar oğlu Əliyev 8 mart 1969-cu ildə Gəncədə anadan olub. 3 saylı orta məktəbdə təhsil alıb. 1987-1989-cu illərdə hərbi xidmətdə olub. Qayıtdıqdan sonra kommersiya mağazasında işə başlayıb.

1992-ci ilin sentyabrında könüllü olaraq Gəncə ərazi Özünümüdafiə batalyonuna qoşulub. Vüqar Yaşar oğlu Əliyev 25 oktyabr 1992-ci ildə İbrahim Mehdiyevlə Ağdərəyə ərzaq apararkən pusquya düşüb və burada şəhidlik zirvəsinə ucalıb. 26 oktyabrda Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:03

Günvurma ilə bağlı müraciətlərin SAYI

Bütün xəbərlər
Bu gün, 13:33

Ramin Məmmədovdan YENİ TƏYİNAT

Bütün xəbərlər
Bu gün, 13:23

Sabah duman olacaq, şimşək çaxacaq

Bütün xəbərlər
Bu gün, 12:44

Bu il neçə kişi ödənişli atalıq məzuniyyətinə çıxıb?

Bütün xəbərlər
Bu gün, 12:12

Daşkəsəndə milli kino seansı keçirildi

Bütün xəbərlər
Bu gün, 11:40

Vizasız gedə biləcəyimiz ölkələr

Bütün xəbərlər
Bu gün, 11:08

Sərxoş sürücü prokurorluğun həyətinə daxil oldu - Gəncədə kuryoz hadisə

Bütün xəbərlər
Bu gün, 10:34

Gəncədə bu küçə çirkab içində batır

Bütün xəbərlər
Bu gün, 09:42

Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək

Bütün xəbərlər
Bu gün, 09:31

Kolleclərə ixtisas seçimi başlanıb

Bütün xəbərlər
Bu gün, 09:16

Magistraturaya qəbul olunanların qeydiyyatı başlayır

Bütün xəbərlər
Bu gün, 09:09

Şəhid Elbrus Hüseynovun qızı "Batumi Open 2026"nın qalibi oldu

Bütün xəbərlər
Dünən, 19:00

11 sürücünü qanunsuz işlədən direktor cəzalandırıldı

Bütün xəbərlər
Dünən, 17:00

Həmcinslərini pul qarşılığında kişilərlə görüşdürən qadın həbs edilməyib

Bütün xəbərlər
Dünən, 15:00

Bu il ölkəyə nə qədər botoks gətirilib? - RƏSMİ

Bütün xəbərlər
Dünən, 13:00

64 yaşlı kişi sevgilisinin yeniyetmə qızıyla… – 6 İL HƏBS

Bütün xəbərlər
Dünən, 12:06

Gəncədə fəvvarələr niyə işə salınmır? – Sakinlər narazıdır

Bütün xəbərlər
Dünən, 11:00

Kişi beyni 32 yaşına qədər inkişaf edə bilər - ARAŞDIRMA

Bütün xəbərlər
Dünən, 10:06

Bu gün 2 avqust - Azərbaycan Kinosu Günü qeyd olunur

Bizim fəxrimiz
01 avqust 2026, 16:16

Gəncəli güləşçi dünya çempionatında yarımfinala vəsiqə qazanıb

Bütün xəbərlər
01 avqust 2026, 14:43

Gəncədə bu xəstəxana 1,1 milyon manata təmir olunur

Bütün xəbərlər
01 avqust 2026, 14:30

İlham Əliyev Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb

Bizim fəxrimiz
01 avqust 2026, 13:36

Gəncəli tarix müəlliminin layihəsi BİRİNCİ OLDU

Bütün xəbərlər
01 avqust 2026, 12:48

Avtobuslarda gedişhaqqı məsafəyə görə hesablanacaq

Oxşar xəbərlər