Gəncədə bəzi binalar sakinlər üçün təhlükə yaradır. Bu haqda Gencexeber.az-a 4 dekabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin Üzeyir Hacıbəyov küçəsi, ikinci dongədən gedir. Heydər Əliyev prospekti ilə kəsişmədə yerləşən 303 nömrəli binanın bəzi eyvanları qəzalı vəziyyətdədir.
Sakinlərin sözlərinə görə, bəzilərinin altından parçalar qoparaq tökülür. Onlar bu haldan narahat olduqlarını bildirirlər.