Gəncənin mərkəzi küçələrinin birində su boruları dəyişildikdən sonra yol dağılıb. Bu haqda 1 mart tarixində Gəncəxəbər.az xəbər verir.
Sözügedən hadisə şəhərin Təbriz küçəsi, 10 ünvanında müşahidə edilir. Çirkab su xətlərinin yenilənməsindən sonra yollar bərpa edilməli idi. Lakin görünən odur ki, yolun təmiri lazımi şəkildə olmayıb. Təmir olunan yerin üzərində asfalt örtüyünün olmasına baxmayaraq, yol çöküb. Müəyyən hissəsi isə çay daşları ilə örtülüb.
Yolda problemin yaranmasından sürücülər də narazı qalıblar. Onlar yaxın zamanlarda yolun təmir olunmasını tələb edirlər.