Gəncədə bir neçə ərazidə lüklər sakinlər üçün təhlükə yaradır. Bu haqda Gencexeber.az-a 17 yanvar tarixində məlumat daxil olub.
Söhbət Cövdət Hacıyev, Yusif Məmmədəliyev və İsrafil Məmmədov ilə Şəddadilər küçələrindən gedir. Adıçəkilən küçələrdə lüklər baxımsız vəziyyətdədir.
Birinci küçədə lüklər asfalt örtüyünün səviyyəsindən aşağıda yerləşir. Digər küçələrdə isə lüklər qapaqsızdır. Sakinlərin sözlərinə görə, lüklərin cari vəziyyəti avtomobil və piyadalara təhlükə yaradır.
[modula id="53293"]