Gəncədə bəzi eyvanlar sakinlər üçün təhlükə yaradır. Bu haqda Gencexeber.az-a 27 yanvar tarixində məlumat daxil olub.
Söhbət şəhərin Qara Qarayev küçəsindən gedir. Burada yerləşən bir neçə binanın eyvanı qəzalı vəziyyətdədir. Sakinlərin sözlərinə görə, bu hal uzun müddətdir davam edir.
Onlar bildirirlər ki, eyvanlardan beton parçaları qoparaq tökülür. Bu da ərazidən keçən şəxslərin həyatı üçün təhlükə yaradır.
Sakinlər aidiyyəti qurumun məsələ ilə bağlı müvafiq tədbirlər görməsini, eyvanların təmir edilməsini istəyirlər.