Gəncədə küçələrin birində kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 13 dekabr tarixində məlumat daxil olub.
Bu hal Üzeyir Hacıbəyli küçəsində 13, 14, 15, 146 və 148 nömrəli binaların həyətində müşahidə olunur. Adıçəkilən ərazidə kanalizasiya daşır. Nəticədə su küçə boyunca axır.
Sözügedən hal səbəbindən həyətdə antisanitar vəziyyət yaranıb. “Artıq neçə ildir bu hal davam edir. Çirkab binalarımıza da ziyan vurur” deyə sakinlər bildiriblər.
[modula id="51543"]