Gəncədə moda nümayişi keçiriləcək. Bu haqda 1 mart tarixində “Gəncə Qalası” Ticarət və Əyləncə Kompleksinə istinadən xəbər veririk.
8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş moda nümayişi baş tutacaq. Tədbir 8 mart tarixində saat 16:00-da təşkil olunacaq.
Qeyd edək ki, “Gəncə Qalası” Ticarət və Əyləncə Kompleksində baş tutacaq nümayişə giriş ödənişsizdir.