Gəncədə birgünlük kampaniya baş tutacaq. Bu haqda 10 aprel tarixində “ArtLand”a istinadən məlumat veririk.
“ArtLand Gəncə” Ramazan bayramı ilə əlaqədar ödənişsiz rəqs dərsi keçirəcək. Aksiya 12 aprel tarixində saat 14:00-da təşkil olunacaq. İştirak üçün qeydiyyatdan keçmək lazımdır.
Qatılmaq istəyən şəxslər ad, soyad və yaşını (055) 257 66 62 nömrəsinə WhatsApp vasitəsilə göndərməlidirlər.
Qeyd edək ki, “ArtLand Gəncə” Cavadxan küçəsi, 79 ünvanında (Gəncə Dövlət Filarmoniyasının yanı, Urban mərkəzinin ikinci mərtəbəsində) yerləşir.