Gəncədə təmizlik işləri həyata keçirilib. Bu haqda 13 yanvar tarixində MKTİB-yə istinadən məlumat veririk.
Aksiya şəhərin baş meydanında təşkil olunub. Əraziyə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvə və texnikası cəlb edilib.
Burada yerləşən və hazırda əsaslı təmir işlərinin aparıldığı fəvvarələrin ətrafı, pilləkənlər, uzun müddət davam edən təmirdən sonra çirklənən döşəmə plitələr təzyiqli su vasitəsilə yuyularaq təmizlənib.
Bildirilib ki, həyata keçirilən təmizlik aksiyası mütəmadi xarakter daşıyır.