Gəncədə uşaqlar üçün əyləncə proqramı təşkil olunacaq. Bu haqda 18 dekabr tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.
Tədbir Gəncə Dövlət Kukla Teatrında baş tutacaq. Balaca tamaşaçılara "Sehrli çətir" adlı səhnə işi təqdim ediləcək. Tamaşanın ssenari müəllifi Zülfiyyə Əliyeva, quruluşçu rejissoru Şamil Məmmədlidir.
Burada uşaqları dərsdən, məktəbdən, kitab oxumaqdan, daha maraqlı məşğuliyyətlərdən aralı salan bəzi vərdişlər tənqid edilir.
Tamaşa 23 dekabr - 7 yanvar tarixlərində Kukla Teatrında, 29 dekabrdan 5 yanvaradək isə Dram Teatrında nümayiş etdiriləcək. Hər iki teatrda gündə 4 seans olmaqla Yeni il tamaşaları göstəriləcək.