Gəncədə uşaqlar üçün tamaşa təşkil olunub. Bu haqda 11 aprel tarixində “Gəncə Qalası”na istinadən məlumat veririk.
Tədbir “Gəncə Qalası” Ticarət və Əyləncə Mərkəzində keçiriləcək. Burada Ramazan konserti baş tutacaq. Şəhərimizin balaca sakinləri üçün kukla tamaşası təqdim olunacaq.
Konsert 14 aprel tarixində saat 15:00-da başlayacaq.
Tədbirdə hər kəs ödənişsiz olaraq iştirak edə bilər.