Gəncədə sirk proqramı nümayiş olunacaq. Bu haqda 21 noyabr tarixində Bakı Dövlət Sirkinə istinadən xəbər veririk.
"Gəncland" İstirahət Parkında Sirk Oskarının mükafatçısı Allahverdi İsrafilovun təşkilatçılığı ilə “Yeni il macərası" adlı Beynəlxalq Sirk Proqramı təqdim ediləcək. Tədbir 19 dekabr - 7 yanvar tarixlərində baş tutacaq.
Şouda əyləncəli kloun, akrobatlar, gimnastlar, ekvilibristlər, ayılar və tutuquşular iştirak edəcək.
Biletlərin qiymətləri 11-22 manat aralığındadır. Onları şəhərin bütün kassalarından və iticket.az saytından onlayn əldə etmək mümkündür.