Gəncədə bir sıra ərazilərdə sürücülərin təhlükəsiz hərəkəti üçün işlər aparılır. Bu haqda Gencexeber.az-a 28 fevral tarixində məlumat daxil olub.
Söhbət şəhərin Heydər Əliyev prospektinin bir hissəsindən gedir. Burada nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb. Əraziyə texnika və canlı qüvvə cəlb olunub. Avtomobil yoluna müvafiq nişanlar çəkilir.
Bir neçə gün öncə isə analoji işlər şəhərin Nizami prospektinin bir hissəsində aparılıb.
[modula id="55601"]