Gəncədə açıq mikrofon aksiyası baş tutub. Bu haqda 30 yanvar tarixində “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevə istinadən xəbər veririk.
Tədbir “Azəriqaz” İB-nin təşkilatçılığı ilə keçirilib. Burada Regional İdarənin rəhbər şəxsləri vətəndaşların qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyiblər. Səsləndirilən bütün suallar birliyin əməkdaşları tərəfindən cavablandırılıb.
Bəzi müraciətlərlə bağlı baxış keçirilərək qərar veriləcəyi sakinlərin nəzərinə çatdırılıb.