Gəncədə “Azəriqaz” işçiləri ilə görüş keçirilib. Bu haqda 16 yanvar tarixində “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevə istinadən xəbər veririk.
Gəncə Regional Qaz İstismar İdarəsi rəhbərliyinin Xidmət Sahəsinin əməkdaşları ilə görüşü baş tutub. Burada əməkdaşların qayğıları ilə maraqlanılıb və iş prosesində qarşılaşdıqları problemlər dinlənilib.
Görüşdə daha sonra qurumun on nəfər əməkdaşı təltif olunub. Onlara faydalı işinə və nümunəvi əmək fəaliyyətlərinə görə Fəxri Fərman və hədiyyə təqdim olunub.