Gəncədə görüş keçiriləcək. Bu haqda 5 dekabr tarixində “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər veririk.
“Açıq mikrofon” aksiyası çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi sahibkarlarla görüşəcək. Tədbir 6 dekabr tarixində saat 11:00-dan 12:00-a qədər Füzuli Parkında baş tutacaq.
Görüşdə təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.