Gəncədə universitetlərin birində seminar təşkil olunub. Bu haqda 22 dekabr tarixində Azərbaycan Texnologiya Universitetinə istinadən xəbər veririk.
Azərbaycan Texnologiya Universitetində tələbələr üçün "Şüuraltının sehrli gücü" mövzusuna həsr edilmiş seminar keçirilib. Burada psixoloq Kəmalə Abbasovanın məruzəsi dinlənilib.
Seminarda psixoloq tələbələrlə şüuraltı yollarla xəstəliklərlə mübarizə, travmaları sağaltmaq, özünəinam qazanmaq, əzmli olmaq, məqsədə çatmaq bacarıqları haqda danışıb və mövzular ətrafında konsultasiya xarakterli söhbətlər edib. Sonda iştirakçıların sualları cavablandırılıb.