Gəncədə universitetlərin birində iclas keçirilib. Bu haqda 23 yanvar tarixində Azərbaycan Texnologiya Universitetinə istinadən xəbər veririk.
Azərbaycan Texnologiya Universitetində qış imtahan sessiyasının gedişinə dair iclas təşkil olunub. Burada İmtahan Komissiyası tərəfindən təqdim edilən hesabat dinlənilib. Daha sonra imtahan sessiyasının bu günə olan nəticələri, daxil olan müraciətlər müzakirə edilib və müvafiq tapşırıqlar verilib.
İclasda Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini müvəqqəti yerinə yetirən dosent Yaşar Ömərov, prorektorlar, müşavirlər, dekanlar və kafedra müdirləri iştirak ediblər.