AMEA-nın Gəncə bölməsində daha bir toplantı baş tutub. Bu haqda 24 fevral tarixində Kəpəz televiziyasına istinadən xəbər veririk.
AMEA-nın Gəncə Bölməsində “Azərbaycan məktəbi” jurnalının 100 illiyi qeyd edilib. Burada "Azərbaycan məktəbi - 100. Tədqiqatyönlü təhsil üçün əl-ələ" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə 1924-cü ildə təsis edilən jurnal haqda danışılıb, həmçinin yarandığı gündən müasir dövrədək olan fəaliyyətinə nəzər salınıb.
Dəyirmi masada daha sonra qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcək dövr üçün Azərbaycan məktəbi jurnalı ilə əməkdaşlığın həyata keçirilməsi perspektivi müzakirə edilib.