Gəncədə sürücü yol polisinin əmrinə tabe olmayıb. Bu haqda 22 noyabr tarixində Lent.az-a istinadən xəbər veririk.
Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozan "VAZ" markalı avtomobilin sürücüsü saxlanılıb. Vətəndaşa sərxoşluq yoxlanışından keçməli olduğu bildirilib. Lakin sürücü qanuna tabe olmayaraq hadisə yerindən qaçıb. Polis əməkdaşı qanuna tabe olmayan avtomobilin arxasınca düşüb.
Sonda sürücü saxlanılıb. Avtomobil mühafizə olunan duracağa yerləşdirilib. Vətəndaş barəsində tabe olmadığına və sərxoş halda avtomobil idarə etdiyinə görə protokol tərtib olunub.